“Bu, baş versə, Avropa İttifaqı dərhal dağılacaq”

“Bu, baş versə, Avropa İttifaqı dərhal dağılacaq”
13:38 22 Dekabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen prezident seçkilərində qələbə qazanacağı halda Avropa İttifaqından çıxmaq üçün referendumu keçirəcəyinə söz verib.

Publika.az xəbər verir ki, siyasətçi bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Mən fransızlara dedim ki, əgər onlar məni prezident seçsələr, müstəqilliyimizin qaytarılması haqqında danışıqlara başlamaq üçün dərhal Brüsselə yollanacağam. Və prezident seçildikdən yarım il sonra referendumu təşkil edəcəm”, - deyə o bildirib.

O, həmçinin əlavə etdi ki, əgər Fransa Avropa İttifaqını tərk etsə, qurum dərhal dağılacaq.

Fransanın kor-koranə ABŞ-a tabe olduğunu deyən partiya lideri vurğulayıb ki, bu vəziyyət aradan qaldırılmalıdır. Marine Le Pen bildirib ki, NATO komandanlığının strukturlarına Fransanın qayıdışı haqqında ölkənin sabiq prezidenti Nikolya Sarkozinin fikri ilə razılaşmır: “Biz Fransanın bu sistemdə olmasının faydalılığı haqqında düşünməliyik. Bu haqda düşünməzdən əvvəl isə Donald Trampıın ittifaqla nə etməyi planlaşdırdığını anlamalıyıq. Hər halda, NATO Rusiya üçün təhlükə yaratmamalıdır, “soyuq müharibə” çoxdan bitib”.

Siyasətçi daha əvvəlki açıqlamasında bildirib ki, prezident seçkilərində qələbə qazanacağı halda Krımın Rusiyaya birləşdirilməsini tanıyacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR