Astarada partlayış

Astarada partlayış
13:31 6 Yanvar 2015
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara rayonunda yaşayış evində partlayış olub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Məscidməhəllə kəndində qeydə alınıb.

Vətandaşa məxsus, ümumi sahəsi 180 kv.m olan (hər mərtəbəsi 90 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın olmayıb.

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif xəsarətlər alaraq aidiyyəti üzrə aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR