Gəncə şəhər sakini avtobusda ölüb.
Publika.az Apa-ya istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü şəhər sakini Vahidə Hüseynova xəstəxanaya gedərkən avtobusda özünü pis hiss edib. Ona ilkin yardım göstərilsə də, vəfat edib.
V.Hüseynovanın ürək tutmasından vəfat etdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.