x
Loading...
.

Türkiyədəki olayın pərdəaraxındakı DƏHŞƏTLİ SSENARİ

Türkiyədəki olayın pərdəaraxındakı DƏHŞƏTLİ SSENARİ
14:03 22 Dekabr 2016
331 Dünya
Ölkə mətbuatı
A- A+
.

“Beşiktaş və Kayseridəki terror hücumları, ardınca Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi çox dəhşətli bir ssenaridən xəbər verir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, bu dəhşətli ssenari Türkiyənin parçalanması, Türkiyə ilə Rusiya və İranın müharibəyə sürüklənməsini özündə ehtiva edir.

“Məqsəd bütün coğrafiyanın fəlakətə aparmaq, bu fəlakətlərin üzərindən bir dünya müharibəsi çıxarmaqdır. İkinci dünya müharibəsindən bu yana beynəlxalq atmosfer bu qədər sərtləşməmişdi. Ölkələr müharibəyə bu qədər yaxınlaşmamış, beynəlxalq sistem çökməmişdi”, - deyə yazar qeyd edib.

Onun sözlərinə görə, Rusiya səfirinin qətli çoxşaxəli və regional ssenarilərin bir parçasıdır. İbrahim Karagül bildirir ki, regional ssenarilər Suriya müharibəsini davam etdirməyə, bölgəni parçalamağa, Türkiyə-Rusiya yaxınlaşmasına mane olmağa və Türkiyə-Rusiya-İran üçlüyünün Suriya üzrə razılaşmasını pozmağa yönəlib. Yazar yeni hücumlar olacağını proqnozlaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR