Bakıda 122 min yaşayış binası köçürüləcək

Bakıda 122 min yaşayış binası köçürüləcək
14:07 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı şəhərində 2035-ci ildək ümumi yaşayış fondu 97 781 kv.metr, adambaşına yaşayış sahəsi isə 25 kv. m təşkil edəcək. 
"Report" xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma Baş Planında nəzərdə tutulub. 
Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir. 
Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-122-min-yasayis-binasi-kocurulecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR