x
Loading...
.

Gömrükdə rüsumlardan yayınmağa çalışan sahibkar və şirkətlərin ADLARI

Gömrükdə rüsumlardan yayınmağa çalışan sahibkar və şirkətlərin ADLARI
14:49 22 Dekabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+
.

 

“Sahibkarlarla keçirilən görüşlərdə və kütləvi informasiya vasitələrində aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı  müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda  idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır”.

 

“APA-Economics” xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda öz əksini tapıb.

 

“Ölkəmizdə  sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə  həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsinin əsas şərtlərindən biri də gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, yəni sahibkarlarla gömrük orqanları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsidir.  İqtisadi təhlükəsizliyinin təmin olunması, fiskal siyasətin həyata keçirilməsində mühüm rol oynayan gömrük orqanları bu məqsədlə mütəmadi olaraq sahibkarlarla, biznes nümayəndələri ilə görüşlər, dəyirmi masalar  keçirir, tətbiq olunan yeniliklər,  beynəlxalq ticarətin inkişaf etdirilməsindəki yeni çağırışlar barədə onları məlumatlandırır, iş adamlarını maraqlandıran suallara cavab verilir və qarşıya çıxan problemlər, ümumi işə zərər verən amillərin aradan qaldırılması istiqamətində operativ və qətiyyətli addımlar atılır.  Son illərdə tətbiq edilən “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və digər yeni tətbiqlərin sahibkarlıq mühitinin yaxşılaşdırlıması, idxal-ixrac əməliyyatlarının şəffaf və sürətli həyata keçirilməsindəki rolu danılmazdır.

 

Qarşılıqlı müzakirə şəraitində keçirilən bu görüşlərdə o da vurğulanır ki, xarici iqtisadi fəaliyyət nəticəsində qanunvericiliyə əsasən tətbiq olunan vergi və rüsumlar dövlət büdcəsinə ödənməklə  ölkəmizin iqtisadi tərəqqisinə, müdafiə qabiliyyətinin güclənməsinə, sosial problemlərin həllinə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına sərf olunur”, - deyə məlumatda qeyd edilib.

 

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin  fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. 

 

Komitədən bildirilib ki, sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra  invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi  müəyyən edilib.

 

  

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

 

İnvoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

“Taleh-AT” müəssisəsi

67350,01

ABŞ dolları

 

129915,13

ABŞ dolları

62565,12

ABŞ dolları

2

“Qoşabulaq-A” MMC

26000 avro

 

70000 avro

44000 avro

3

Bəhlulzadə Kamal Rauf o.

6584

ABŞ dolları

 

28044

ABŞ dolları

21460

 ABŞ dolları

4

“Avantaj AS” MMC

46188,60

 ABŞ dollar

 

65027,06

 ABŞ dollar

18838,46

ABŞ dollar

5

“NTC Company” MMC

24584,85

ABŞ dolları

 

38216

ABŞ dolları

13631,15

 ABŞ dolları

6

“Çipto” MMC

7028,98 avro

 

17180,32 avro

10151,34 avro

7

“ABA Trading” MMC

27700 avro

 

37500 avro

9800 avro

 

 

“Cədvəldən də göründüyü kimi, ümumilikdə 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin  gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.

 

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən  yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda vurğulanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR