Murad Demetlə Bakı qalmaqalından danışdı

Murad Demetlə Bakı qalmaqalından danışdı
14:57 22 Dekabr 2016
141 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Murad Dalkılıç "Dönerse senindir" filminin qala-gecəsində jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Bakı konsertinə görə müğənni Demet Akalınla arasında yaranan mübahisəni belə şərh edib:

"Bununla bağlı çox açıqlama vermək istəmirəm. Ölkəmizdə yetərincə problem var. Belə lazımsız şeylərlə gündəm yaratmaq istəmirəm. Başqa vaxt olsa, cavab verərdim. Amma indi cavab vermək istəmirəm, daha sonra bu barədə danışaram".

Qeyd edək ki, dekabrın 31-də Bakıda eyni səhnəni bölüşməyə hazırlaşan Demet və Murad təyyarə problemi yaşayıblar. İkili Bakıya gəlmək üçün birgə təyyarə kirayələsələr də, Murad ailəsini də özü ilə gətirmək istəyincə, Demet buna etiraz edib. O, özünə ayrıca təyyarə tutub. 

Daha sonra isə Murad afişada adının Akalından sonra yazılmasına etiraz edib. D.Akalın onun bu etirazında Tvitterdə sərt cavab vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR