Bakıda 31 yaşlı kişi bıçaqlandı

Bakıda 31 yaşlı kişi bıçaqlandı
15:23 22 Dekabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Ağayev Əvəz Abbasəli oğlunun kürək nahiyəsinə 6 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Ə.Ağayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/180891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR