x
Loading...
.

Son 3 ayda Azərbaycanda temperatur iqlim normasından aşağı olub

Son 3 ayda Azərbaycanda temperatur iqlim normasından aşağı olub
15:24 22 Dekabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+
.

 

Bu ilin sentyabr, oktyabr və noyabr aylarında Azərbaycanda havanın temperaturu iqlim normasından 1,2-1,3 dərəcə aşağı olub.

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, həmin aylarda ölkədə yağıntıların miqdarı xeyli çox olub. Onun sözlərinə görə, ötən 3 ayda yağıntının miqdarı dəfələrlə artıb: “Sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub. Sentyabrda belə yağıntılar sonuncu dəfə 40 il əvvəl qeydə alınıb. Belə hallar çox az-az, nadir baş verən hadisələrdir. Ümumiyyətlə, temperaturun aşağı olması və yağıntıların artması səbəbindən bu ilin sentyabr ayı Azərbaycanda tamamilə fərqli keçib”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR