x
Loading...
.

“Gartner”: Yaxın illərdə "ağıllı maşınlar"dan istifadə artacaq

“Gartner”: Yaxın illərdə "ağıllı maşınlar"dan istifadə artacaq
15:35 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

"Gartner" analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, yaxın illərdə "ağıllı maşınlar"dan istifadə artacaq. Analitiklər "ağıllı maşın" terminini koqnitiv hesablama, süni intellekt, intellektual avtomatlaşdırma, kompüter təlimi və dərin təlim kimi izah edirlər.

"ICTnews" Elektron Xəbər Xidməti "newsland.com" saytına istinadən yazır ki, ekspertlərin fikrincə, 2021-ci ildə "ağıllı maşınlar"ın kütləvi tətbiqinə başlanılacaq. Analitiklər əmindirlər ki, "ağıllı maşınlar"ın geniş tətbiqi işin yerinə yetirilmə mexanizmini və dəyərin yaradılmasını dəyişəcək. Dinamik qiymətləndirmə modelləri, fırıldaqçı fəaliyyətin aşkar edilməsi, qabaqlayıcı idarəetmə və robotlaşdırma və sairə kimi sahələrdə intellektual texnologiyaların tətbiqi mühüm dəyişikliklərə səbəb olacaq. Sözsüz ki, bu dəyişikliklər yeni sürətlə inkişaf edən bazarın yaradılması ilə əlaqəli olacaq. Cari ildə təchizatçılar "ağıllı maşınlar"ın tətbiqi ilə bağlı informasiya xidmətləri və sistem inteqrasiyasından 451 milyon dollar gəlir əldə ediblər. 2021-ci ildə sözügedən bazarın həcmi 29 milyard dollara yaxınlaşacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45094-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR