Netanyahu Obamanı veto qoymağa çağırdı

Netanyahu Obamanı veto qoymağa çağırdı
15:48 22 Dekabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin salınmasını qeyri-qanuni hesab edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında bu gün səsverməyə çıxarılacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obamanı qətnamə layihəsinə veto qoymağa çağırıb.

“ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında İsrail əleyhinə səsverməyə təqdim ediləcək qətnamə layihəsinə veto qoymalıdır”, - deyə Netanyahunun yazılı açıqlamasında deyilir.

Qətnamə layihəsinə görə, İsrailin 1967-ci il sərhədləri daxilində Fələstin ərazisində tikdiyi yaşayış məntəqələri qeyri-qanuni sayılacaq. Layihənin təsdiqlənməsi üçün Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin tərəfindən veto qoyulmaması və ən az 9 üzvün razılığı lazımdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü var.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR