"SOCAR Trading" Polşaya xam neft, LPG, LNG nəql edəcək

"SOCAR Trading" Polşaya xam neft, LPG, LNG nəql edəcək
15:52 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Trading” Ticarət Evi Polşaya xam neft, LPG (Liquified Petroleum Gas, mayeləşdirilmiş neft qazı) və LNG (Liquified Natural Gas, maye qaz) məhsulları çatdıracaq.
“Report” Azərbaycanın Polşadakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Varşavada keçirilən Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının VII iclası çərçivəsində keçirilən biznes görüşlərdə razılıq əldə olunub.
Məlumata görə, “SOCAR Trading” ilə Polşanın "Lotos" neft şirkəti arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilib.
Eyni zamanda, SOCAR rəsmiləri Sarmatiya layihəsi üzrə polşalı tərəfdaşları ilə danışıqlar aparıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-trading-polsaya-xam-neft-lpg-ve-lng-mehsullari-catdiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR