x
Loading...

Deputat: "Azərbaycan ərazisi digər dövlətlər əleyhinə istifadə olunmaq üçün meydan deyil"

Deputat: "Azərbaycan ərazisi digər dövlətlər əleyhinə istifadə olunmaq üçün meydan deyil"
16:05 22 Dekabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan-İsrail münasibətlərinin inkişafından İranın narahat olması tamamilə yersiz və əsassızdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, Azərbaycan və İsrail arasında münasibətlər qətiyyən üçüncü dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib:

"Bizim ərazimiz digər dövlətlər, xüsusən qonşu İran əleyhinə meydan deyil. Azərbaycan sözü və işi bir olan, ləyaqətli siyasət yürüdən dövlətdir. Azərbaycan İranla imzaladığı ikitərəfli müqavilələrə ciddi surətdə riayət edir. Azərbaycan qarşıdurma yaradan, münasibətləri kəskinləşdirən ölkə deyil. Bəzilərinə xas olan "bir dam altında iki hava" siyasəti yürütmək Azərbaycana yaddır".

M.Qasımlı bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafından digər müsəlman ölkələrinin də narahat olmasına lüzum yoxdur: "Ən azı ona görə ki, Fələstin məsələsinə və Fələstinin Bakıdakı səfirliyinin açılmasına Azərbaycanın münasibəti və göstərdiyi qayğı bəllidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR