Saatlının daha iki kəndinə ilk dəfə qaz verilib

Saatlının daha iki kəndinə ilk dəfə qaz verilib
16:32 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Saatlı rayonunun Əliabad və Şirinbəyli kəndlərinə təbii qazın verilişi münasibəti ilə tədbirlər keçirilib.
“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 243 abonenti olan Əliabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 455 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
729 abonenti olan Şirinbəyli kəndinin qazlaşdırılması üçün isə,birpilləli sistem əsasında ümumi uzunluğu 3 528 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 54 494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 729 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Saatlı rayonunun daha 4 kəndində (Sarıcalar,Qara Nuru,Qazanbatan və Məmmədabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/saatlinin-daha-iki-kendine-ilk-defe-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR