İqtisad və Gəncə Dövlət universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İqtisad və Gəncə Dövlət universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
16:39 22 Dekabr 2016
84 Digər
Ölkə mətbuatı
A- A+

İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan sənəddə universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb.

 Bildirək ki, danışıqların nəticəsi olaraq, qeyd edilən layihələrin reallaşdırılması məqsədi ilə mütəmadi işgüzar görüşlər keçiriləcək.

Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlər ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR