SOCAR-ın mütəxəssislərinə sertifikatlar təqdim edilib

SOCAR-ın mütəxəssislərinə sertifikatlar təqdim edilib
16:42 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində müəssisə və təşkilatların fəaliyyət effektivliyinin artırılması istiqamətində həyata keçirilmiş “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması Layihəsi"nin iştirakçılarına sertifikatlar təqdim olunub.
Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.
“Son illər SOCAR-ın beynəlxalq standartlara cavab verən ən qabaqcıl effektiv idarəetmə sistemlərinə və texnologiyalarına malik beynəlxalq şirkətə çevrilməsi istiqamətində bir cox uğurlu layihələr həyata keçirilib. Bunlardan biri də SOCAR və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin idarə və müəssisələrində birgə reallaşdırılmış “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması Layihəsi"dir. SOCAR-ın idarə və müəssisələrinin mütəxəssisləri layihə çərçivəsndə optimallaşmanın istiqamətləri üzrə məsləhətçi şirkət tərəfindən keçirilən təlimlərdə iştirak edib və beynəlxalq təcrübə ilə tanış olublar”, - deyə məlumatda qeyd olunub.
SOCAR-ın İqtisadiyyat və uçot İdarəsinin rəhbərliyi, həmçinin “Ernst & Young” şirkətinin nümayəndəsinin iştirakı ilə təlimləri müvəffəqiyyətlə başa vurmuş 24 nəfər SOCAR mütəxəssisinə sertifikatlar təqdim edilib.                              





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-mutexessislerine-sertifikatlar-teqdim-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR