İtaliyada Azərbaycanın Müasir Memarlığına həsr edilmiş tədbir keçirilib - FOTO

İtaliyada Azərbaycanın Müasir Memarlığına həsr edilmiş tədbir keçirilib - FOTO
16:43 22 Dekabr 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Florensiya şəhərində yerləşən “Auditorium al Duomo” mərkəzində Azərbaycan Dövlət Memarlıq (AzMIU) və İnşaat Universiteti və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə Azərbaycanın Müasir Memarlığına həsr edilmiş sərgi keçirilib.

Tədbiri giriş sözü ilə açan Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko Fond tərəfindən həyata keçirilən tədbirlər arasında Azərbaycan memarlığına həsr olunmuş tədbirlərin xüsusi yerə malik olduğunu bildirib. Rəhbərlik etdiyi Fondun 30-dan çox ölkə ilə əlaqələrə malik olduğunu söyləyən P.Bianko Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Fond arasında əməkdaşlığın 13 ildən artıq davam etdiyini, bu əlaqələrin təməlinin məhz Florensiyanın “Auditorium al Duomo” mərkəzində qoyulduğunu deyib.

Azərbaycanın zəngin mədəni irsi, son illərdə Bakıda və ölkənin digər bölgələrində həyata keçirilən nadir memarlıq nümunələrindən bəhs edən natiq keçirilən tədbirin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsi üçün əlavə bir vasitə olduğunu deyib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosialiqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.

Tədbirin əhəmiyyətindən danışan M.Əhmədzadə, sərgidə nümayiş etdirilən məlumat lövhələrinin Azərbaycanda həyata keçirilən layihələrlə bağlı ilkin təsəvvür yaratdığını deyib, həmin layihələrlə canlı tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

Öz növbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Universitetlə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışıb, istər Bakıda, istərsə də Florensiyada birgə çoxsaylı tədbirlər təşkil edildiyini bildirib, səmərəli əməkdaşlığa görə Fondun prezidenti Paolo Del Biankoya təşəkkür edib.

Rektor G.Məmmədova Azərbaycanda son illərdə memarlığın yüksək inkişaf dövrü yaşadığından bəhs edib, tədbirdə təqdim edilən layihələrin bunun göstəricisi olduğunu deyib.

Tədbirin sonunda AzMİU-nun beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərhad Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib, hər bir layihənin konsepsiyası, texniki tərəfləri və Bakının sosial, iqtisadi və mədəni həyatındakı rolu barədə danışıb. Tədbirdə Azərbaycanın müasir memarlıq nümunələri ilə bağlı sərgi nümayiş etdirilib.








Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/180902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR