x
Loading...

Jirinovski Türkiyəyə səfir göndərilsin – TƏKLİF

Jirinovski Türkiyəyə səfir göndərilsin – TƏKLİF
16:48 22 Dekabr 2016
221 Dünya
Ölkə mətbuatı
A- A+
.

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Türkiyəyə səfir təyin edilsin.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu təklifi Rusiyanın “Milli Komitə + 60” təşkilatının fəalları Rusiya prezidenti Vladimir Putinə veriblər.

Təşkilatın fəalları hesab edir ki, bu təyinatı “Böyük Rusiya”ya Qərbin təhlükələrinə qarşı dayanmağa və terrorizm məsələlərini həll etməyə kömək edəcək. Onlar Jirinovskini “parlaq türkoloq” hesab edirlər.

Qeyd edək ki, “Milli Komitə +60” Vladimir Putinin 60 yaşının tamam olması münasibətilə yaradılib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında keçmiş polis Mert Altıntaş tərəfindən güllələnib. O, xəstəxanada həyatını itirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR