x
Loading...
.

Jurnalist üçəm doğdu - FOTO

Jurnalist üçəm doğdu - FOTO
16:52 22 Dekabr 2016
326 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycanda jurnalistin üçəmi dünyaya gəlib.  

Milli.Az sia-ya istinadən xəbər verir ki, Gülnarə Həsənova  "Leyla Şıxlinskaya" Xəstəxanasında 1 oğlan 2 qız övladı dünyaya gətirib.

Uşaqların sağlamlığı haqqında məlumat verən xəstəxananın əməkdaşı Bilqeys Mayılova bildirib ki, 37 həftəsində doğulan üçəmlərin vəziyyəti kafi olduğu üçün bu gün evə buraxılırlar: "Oğlanın çəkisi 2.5, qızların isə çəkisi 2.3 kq-dır. 3 gün ərzində klinikada olan üçəmlər bütün müayinələrdən keçiblər. Ananın və üçəmlərin vəziyyəti stabildir. Onların sağlamlığında heç bir problem yoxdur".

Klinika əməkdaşı qeyd edib ki, üçəmləri son 1 ildə kilinikada dünyaya gələn ilk üçəm hesab etmək olar.

Qeyd edək ki, G.Həsənova "Səs" qəzetində də fəaliyyət göstərib.   

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR