Mübariz Qurbanlı Biləsuvarda 16 vətəndaşın müraciətini dinləyib

Mübariz Qurbanlı Biləsuvarda 16 vətəndaşın müraciətini dinləyib
17:02 22 Dekabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 22 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda 16 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub.
Bir çox müraciətlər yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.






Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-bilesuvarda-16-vetendasin-muracietini-dinleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR