Maşinisti olmayan metro istifadəyə verildi - FOTO

Maşinisti olmayan metro istifadəyə verildi - FOTO
17:05 22 Dekabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yeni pilotsuz metronun istifadəyə verilməsi münasibəti ilə mərasim keçirilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Honkonq əyalətinin Syanqan şəhərində olan metro qatarında maşinist kabinəsi yoxdur.

Bu il dekabrın 28-də yola çıxan qatar avtomatik mexanizmlə idarə olunacaq.

Qatarı "CRRC Changchun Railway Vehicles Company Ltd." şirkəti hazırlayıb. Xəttə cəmi 30 vaqondan ibarət 10 qatar çıxacaq. Sürəti saatda 80 kilometrdir. 
 
Çində bu, üçüncü maşinisti olmayan qatar xəttidir. İlk avtomat idarəetməsi olan qatar 2008-ci ildə Pekində, ikincisi isə 2010-cu ildə Çjutsyan-Quaçjoy arasında açılıb. 
 
Bundan başqa, Şanxay şəhərində də sürücüsüz metro var.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR