Zibilçinin kitab sevgisinə baxın

Zibilçinin kitab sevgisinə baxın
17:08 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Çinin Sıçuan əyalətinin 69 yaşlı sakini Çun Quanvey zibillikdən topladığı 50 min kitabdan ibarət kitabxana yaradıb.

Publika.az xarici mediaya istinadən bildirir ki, kişi 1983-cü ildə zibilçi (zibil yığan) kimi işə düzəldiyi gündən bəri zibillikdə gördüyü kitabları toplamağa başlayıb. Bu gün istənilən şəxs Quanveyin kitablarını pulsuz oxuya bilər. Həmçinin o, tapdığı 1,2 min qədim kitab nümunələrini yerli kitabxanaya bağışlayıb.

Nəvəsinin sözlərinə görə, babası kitabları öz həyatından daha üstün tutur. Kolleksiyaçı bundan da sonra kitab toplamağa və kitabları daha çox insanla bölüşəcəyini deyib.

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/180907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR