Bakıda daha bir beynəlxalq avtovağzal tikilə bilər

Bakıda daha bir beynəlxalq avtovağzal tikilə bilər
17:22 22 Dekabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

2035-ci ilədək Bakıda daha bir beynəlxalq avtovağzal inşa edilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.

O deyib: "Paytaxtın şimal girişində sıxlığı azaltmaq üçün daha bir beynəlxalq avtovağzalın tikilməsini təklif etmişik. Bu avtovağzal Lökbatan qəsəbəsində nəzərdə tutulur və cənub istiqamətindən gələn avtobusları qəbul edəcək".

Hazırda Bakıda bir beynəlxalq avtovağzal fəaliyyət göstərir. Burada 13 beynəlxalq və 44 ölkədaxili reys həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR