El Klassikodan sonra "dəyişən" Arda Turan

El Klassikodan sonra "dəyişən"    Arda Turan
17:27 22 Dekabr 2016
114 İdman
Ölkə mətbuatı
A- A+

El Klassikoda uğursuz çıxışdan sonra tənqidlərə məruz qalan Arda Turan La Liqada son 3 turda 6 qol vurub və 2 məhsul ötürmə ilə yadda qalıb. 


Sport7.az xəbər verir ki, "Real"la oyuna kimi isə "Barselona"lı futbolçu forma geyindiyi 16 matçda 5 qol vurub və 4 qola asisentlik edib. 


Beləliklə, 29 yaşlı yarımmüdafiəçinin bu mövsüm oynadığı 19 matçda aktivində 11 qol və 6 məhsuldar ötürməsi var. 


6 dekabrda Çempionlar Liqasının C qrupunda "Borussiya"ya qarşı keçirilən görüşdə Arda ilkə imza atıb. 


Qarşılaşmada 3 qol və 1 ötürmə ilə yadda qalan Turan "Barselona"nın tarixində  Rivaldo, Ronaldinyo, Samuel Eto, Lionel Messi və Neymarın ardından het-trik edək 6-cı futbolçu olub. 


Arda Turan bu görüşdə çıxışına görə həftənin ən yaxşı futbolçusu seçilib. 


Bundan əvvəl Ardanın karyerası ərzində bir neçə dəfə het-trikə imza atıb. O, 2007-ci il 2 dekabrda Super Liqada "Qalatasaray"ın "Sivasspor"u 5:3 hesabı ilə məğlub etdiyi görüşdə het-trik edib.


Daha sonra "Barselona"da La Liqanın XV turda "Osasuna" ilə matçda və Kubok oyununda 7:0 hesabı ilə yendikləri "Herkules" ilə oyunda Turan 3 dəfə fərqlənib. 


2015-ci iləd "Barselona"ya transfer olunan türkiyəli futbolçu ilk mövsümdə 25 görüşdə iştirak edib, 2 qol və 4 ötürmə ilə yada qalıb. 


Bu mövsümün əvvəlində 11 dəfə fərqlənən futbolçu, son 3 qarşılaşmada 229 dəqiqə meydanda oynayan Turan hər 36,1 dəqiqəyə 1 qol vurub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-el-klassikodan-sonra-quotdyinquot-t55098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR