Avro Bölgəsinin dağılacağına dair gözləntilər artıb

Avro Bölgəsinin dağılacağına dair gözləntilər artıb
17:28 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Avro Bölgəsinin dağılacağı ilə bağlı proqnozlar getdikcə artır. Avropa Mərkəz Bankının baş iqtisadçısı və avronun memarlarından hesab edilən Otmar İssingin sözlərinə görə, maliyyə böhranı bir ölkədən digərinə keçir: "Sonunda Avro Bölgəsi təzyiqə dözə bilməyəcək və dağılacaq".

Publika.az xəbər verir ki, keçən həftə “Bundesbank”ın idarə heyətinin üzvü Thilo Sarrazin avronun hər an bitə biləcəyini açıqlayıb. Qeyd edək ki, maliyyə təşkilatları da eyni narahatlığı hesablayır. Avro Bölgəsi Dağılma İndeksi sorğusunun nəticələrinə görə, 16.3 faiz 12 ay ərzində bölgənin dağılmasının mümkün ola biləcəyini açıqlayıb. “Reuters”in sorğusunda isə ən az bir və ya daha çox üzvün 2017-ci ildə Avro Bölgəsini tərk edəcəklərini düşünənlərin nisbəti 70-75 faiz səviyyəsindədir.

Avro Bölgəsinin dağılacağı halda gözlənilən ssenarilər isə belədir:

Bankda hesabı olan bir çox adam pulunu böyük ölkələrin banklarına transfer edəcək. Çünki bölgəni tərk edən ölkənin bank sistemi böyük problemlər yaşayacaq.

Sadə vətəndaşlar, şirkətlər kreditlərə müraciət etməyəcəklər.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/180913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR