Abşeron magistral qaz kəmərləri sahələsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahələsində təmir işləri aparılacaq
17:32 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 23-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonun Güzdək və Qızdaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abseron-magistral-qaz-kemerleri-sahelesinde-temir-isleri-aparilacaq3u45

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR