Almeyda "Qarabağ"dan ayrıla bilər

Almeyda "Qarabağ"dan ayrıla bilər
17:49 22 Dekabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda komanda ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin karyerasını İtaliyada davam etdirmək variantı yaranıb.

 

Bu barədə İtaliyanın “tuttomercatoweb.com” saytına açıqlamasında oyunçunun meneceri Qaetano Montalbano məlumat verib.

 

O bildirib ki, müştərisinə xeyli təklif gəlib: “Riçardın ikisi İtaliyadan olmaqla, çoxlu təklifi var. A seriyasında çıxış edən bu klublardan biri yayda Almeydanı heyətinə qatmağa yaxın idi. Ancaq həmin vaxt keçid alınmadı. Bununla belə, klub Almeydanı izləməyə davam etdi. Riçardın həmin komandaya keçidi yanvarda baş tuta bilər. O, həm yarımmüdafiənin mərkəzində, həm də sol cinahında oynamağı bacarır. Çox yaxşı sol ayağa sahibdi. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməkdə böyük rol oynadı”.

 

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”ın formasını geyinir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR