Türk ordusunun gücü

Türk ordusunun gücü
13:36 6 Yanvar 2015
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə hərbi qulluqçuların ümumi sayı haqqında rəsmi məlumat dərc olunub. Bu il yanvarın 1-nə olan məlumata görə, Türkiyənin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 671 min nəfərdən ibarətdir. Bu, 2014-cü il dekabrın 1-nə olan göstəricidən 5 min nəfər çoxdur.

ANS PRESS xəbər verir ki, Türkiyə Baş Qərargahının məlumatına əsasən, bu ölkənin Silahlı Qüvvələrində generalların və admiralların sayı 345 nəfər təşkil edir. Onların 312-si quru qoşunlarına, hərbi hava və hərbi dəniz, 32-si jandarm qüvvələrinə, 1-i isə sərhəd təhlükəsizliyi xidmətinə aiddir. Keçən ilin dekabrı ilə müqayisədə generalların sayı dəyişməyib.

Zabitlərin ümumi sayı 39,511 təşkil edir. Ötən illə müqayisədə zabitlərin sayı 200 artıb. Kiçik komandir heyəti sayı dəyişməyiv və 96,189 nəfərdən ibarətdir.

Jandarma qüvvələrində müqavilə əsasında 22,945 nəfər qulluq edir. Onlardan kiçik komandir heyəti 4,218 nəfərdir. Bu, ötən illə müqayisədə 300 nəfər azdır. Adi qulluqçular 406,027 nəfər təşkil edir və əvvəlki illə müqayisədə 6 min çoxdur.

Türkiyə ordusu sıralarında mülki qulluqçuların sayı 52,630 nəfərdir. Onların 48,270-i quru, hava və hərbi dəniz, 3,446-i jandarma qüvvələrində, 914-i isə sərhəd xidmətində çalışır.

Beləliklə, Türkiyənin Silahlı Qüvvələrinə xidmət edənlərin ümumi sayı 682,223 nəfərdir. Bunların 629,593-ü hərbi qulluqçulardan, 52,630-u isə mülki vətəndaşlardan ibarətdir.

Türkiyədə ümumi saydan 36%-ni peşəkar hərbi qulluqçular təşkil edir. Bunun 34 faizi quru, hava və dəniz qüvvələrində, 38 faizi jandarma, 61 faizi isə sərhəd xidmətinin payına düşür.

Xatırladaq ki, Türkiyədə məcburi hərbi xidmət mövcuddur. Orduya 21 yaşı tamam olan kişi cinsinə mənsub vətəndaşlar çağırılırlar.

Silahlı Qüvvələrin tərkibində olan jnadarma qüvvələri, sərhəd təhlükəsizliyi xidməti strukturları sülh şəraitində Daxili İşlər Nazirliyinə tabe olur və polisin funksiyalarını həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR