Ərdoğan: “Ən ağır sınaqla qarşı-qarşıyayıq”

Ərdoğan: “Ən ağır sınaqla qarşı-qarşıyayıq”
18:43 22 Dekabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

“Bu kritik dövrdə əgər dayansaq, olacağımız yer Sevr razılaşmasının şərtləridir”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Regionda baş verən prosesləri qiymətləndirən Türkiyə prezidenti ölkənin İstiqlal Savaşından sonra ən ağır sınaqla qarşı-qarşıya olduğunu bildirib.

“Bu, tək millət, tək bayraq, tək vətən və tək dövlət mübarizəsidir. Bu gün asimmetrik bir döyüşlə qarşı-qarşıyayıq. Terror təşkilatları yalnız piyadadır”, - o vurğulayıb.

Dövlət başçısı Suriyanın Əl Bab mahalının azad edilməsi üçün keçirilən əməliyyatda Türkiyə ordusunun indiyə kimi 16 şəhid verdiyini, 200-ə yaxın İŞİD terrorçusunun öldürüldüyünü qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR