x
Loading...

Vaqif Cavadov kimdən küsüb?

Vaqif Cavadov kimdən küsüb?
19:07 22 Dekabr 2016
100 İdman
Ölkə mətbuatı
A- A+
.

 “Qəbələ”də özünü yaxşı tərəfdən göstərə bilməyən Vaqif Cavadovun “Sumqayıt”da liderə çevriləcəyini güman edənlər yanıldı. Fanat.az xəbər verir ki, Cavadovlar nəslinin futbol oynayan son nümayəndəsi “Sumqayıt”ı da tərk etməkdə maraqlıdı.


Düdzü, futbolçu hələ bir vaxtlar yanaşı oynadığı baş məşqçiyə - Samir Abasova getmək istədiyini deməyib. Amma bizdə olan bilgilərə görə Vaqifin atası Füzuli Cavadov bir neçə komandayla danışıq aparır.

Cavadovun Abasovun komandasında özünü xoşbəxt hiss etməməsinin səbəbi ilk növbədə maaşın azlığı olsa da, yığmayla bağlı arzuların həyata keçməməsi də vurğulanmalıdı. Belə ki, baş katib Elxan Məmmədova nə dərəcədə yaxın olduğu şübhə doğurmayan klubun formasını geyinmək belə,  Vaqifi istəyinə çatdırmayıb. Önəmli anlarda futboldan çox pul haqda düşündüyünü addımlarıyla isbatlayan və atasının bilavasitə təsiriylə uğurlu karyera qura bilməyən Cavadov Robert Prosineçkinin diqqətini çəkə bilmir.

Məlumatı dəqiqləşdirmək, qaranlıq məqamlara aydınlıq gətirmək istəsək də, parlamamış sönən hücumameyilli yarımmüdafiəçi zənglərimizi və mesajlarımızı cavabsız qoydu.

 

Fanat.az  


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vaqif-cavadov-kimdn-kusub-t55101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR