Olimpiada qalibləri mükafatlandırıldı - FOTO

Olimpiada qalibləri mükafatlandırıldı - FOTO
19:48 22 Dekabr 2016
284 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi üzrə 7 və 8-ci siniflər arasında baş tutan məktəblilər arası fənn olimpiadasının qaliblərini mükafatlandırma mərasimi keçirilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, mərasimdə çıxış edən liseyin direktoru, professor Qasım Hüseynov ənənəvi olaraq keçirilən olimpiada haqqında məlumat verib. Məlum olub ki, ayrı-ayrı fənlər üzrə 102 nəfərin iştirak etdiyi olimpiadada 38 nəfər 1, 2 və 3-cü yerlər üzrə qalib olub. Şagirdlərə uğurlar arzulayan professor Qasım Hüseynov gələcəkdə daha böyük nailiyyətlər əldə etmək istiqamətində tövsiyələrini verib.

Liseyin Təşklatı işlər üzrə direktor müavini, olimpiadanın təşkilatçısı, Məleykə Bayramova da öz növbəsində, şagirdləri təbrik edib. Bildirib ki, fənn olimpiadasında qalib olmaq yuxarı siniflərdə Təhsil Nazirliyi tərəfindən keçiriləcək respublika olimpiadalarında iştirak imkanlarını artırır.

Sonra liseyin direktoru, professor Qasım Hüseynov qaliblərə diplomlar təqdim edib və uğurlar arzulayıb. Tədbir xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/180929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR