ABŞ-ın III rübdə iqtisadi artım tempi 3,5% təşkil edib

ABŞ-ın III rübdə iqtisadi artım tempi 3,5% təşkil edib
20:12 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın 2016-cı ilin III rübünün yekun iqtisadi artım tempi illik müqayisədə 3,5% təşkil edib. 
"Report"  RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu ölkədə III rüb ilkin ÜDM artımı 2,9%, ikinci qiymətləndirmədə 3,2% olub. Birinci rübdə ABŞ iqtisadiyyatı illik müqayisədə 1,4%, ikinci rübdə isə 0,8% artım göstərib.
"Report"un analitik qrupu bildirir ki, ABŞ iqtisadiyyatından gələn müsbət xəbərlər dolların möhkəmlənməsini davam etdirəcək və yaxın iclaslarda FES-in yenidən uçot dərəcələrini artırmasına səbəb olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-in-iii-rubde-iqtisadi-artim-tempi-3-5-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR