BƏƏ-nin nüfuzlu qəzetində Qız qalası barədə məqalə dərc olunub

BƏƏ-nin nüfuzlu qəzetində Qız qalası barədə məqalə dərc olunub
20:27 22 Dekabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Al Fajr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Azərbaycan haqqında silsilə məqalələri çərçivəsində bu il dekabrın 21-də “Qız qalası...Azərbaycan qadınının şərəf və izzət rəmzi” başlıqlı məqaləsi dərc edilib.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, məqaləsində baş redaktor Azərbaycanın paytaxtı Bakıda müasir memarlıq abidələri ilə yanaşı, ölkənin qədimliyini təsdiq edən tarixi abidələrin mövcudluğunu özəlliklə qeyd edərək, möhtəşəm çağdaş görünüşlü Milli Parkla üzbəüz nadir memarlıq üslubunda inşa edilmiş Qız qalasından söhbət açır.
Qalanın qeyri-adi formasını təsvir etdikdən sonra Ş.Əl-Bəsil onun tarixi üzərində dayanır və eyni zamanda digər tarixi əhəmiyyət daşıyan abidələr kimi bu tikilinin də xüsusən də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğı ilə əhatə olunduğu bildirib. Müəllif oxucuların diqqətinə çatdırır ki, qala 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/media/bee-nin-nufuzlu-qezetinde-qiz-qalasi-barede-meqale-derc-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR