"Dini radikalizmə qarşı ideoloji mübarizə aparılmalıdır" - FOTO

"Dini radikalizmə qarşı ideoloji mübarizə aparılmalıdır" - FOTO
21:17 22 Dekabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müşavirə keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, habelə ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycanda multikulturalizm siyasətinin daha da möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi və təşviqi sahəsində məqsədyönlü işlər aparıldığını vurğulayıb. Bildirilib ki, respublikamızda, həmişə olduğu kimi, bu gün də müxtəlif millətlərin nümayəndələri birgə yaşayır və bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşırlar.

DQİDK sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə yaşayan müxtəlif din mənsublarına dövlətin göstərdiyi qayğıdan bəhs edib. Eyni zamanda bildirib ki, dini radikal qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Buna görə də belə hallara qarşı ideoloji baxımdan ciddi mübarizə aparılmalı, dini bilgini rəsmi din xadimlərindən öyrənməliyik. Bu zaman xurafatdan uzaq olarıq.

Komitə sədri qeyd edib ki, bu gün dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi vacib amilə çevrilir.

Müşavirədə qeyd olunub ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri müvafiq qanunlarla tənzimlənir. Konstitusiyamızda beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapmaqla yanaşı, hüquq və azadlıqlar təsbit edilib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR