Tramp: “ABŞ nüvə potensialını genişləndirməlidir”

Tramp: “ABŞ nüvə potensialını genişləndirməlidir”
22:18 22 Dekabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ nüvə silahları sahəsində imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməlidir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

Tramp daha əvvəllər bildirib ki, Rusiyanın nüvə potensialı Amerikadan daha güclüdür. O, Hillari Klintonla seçkiqabağı debatlar zamanı qeyd edib ki, Rusiyanın nüvə arsenalı Amerikanın arsenalından daha yenidir.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirdiyi kollegiya iclasında generallara strateji nüvə qüvvələrini raket kompleksləri ilə möhkəmləndirməyi tapşırıb.

“Strateji nüvə qüvvələrinin döyüş potensialını möhkəmləndirmək lazımdır. Həmçinin, istənilən hərbi təhlükəni neytrallaşdırmağa icazə verən qeyri-nüvə güclərində də keyfiyyəti yeni səviyyəyə çıxarmaq lazımdır”, - deyə o bildirib.

Rusiya prezidenti bildirib ki, Moskva hazırda istənilən potensial təcavüzkardan daha güclüdür. Putin təsdiqləyib ki, nüvə gücləri strateji paritetin saxlanılmasında əsas rol oynayır.

Prezidentin sözlərinə görə, nüvə güclərinin müasir silahlanmada payı demək olar ki, 60 faiz təşkil edir. Dövlət başçısı hesab edir ki, “Qafqaz-2016” təlimlərinin müvəffəqiyyətli keçirilməsi Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyini yüksəldib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR