5-ci mərtəbədən yıxılan qadın sağ qalıb

5-ci mərtəbədən yıxılan qadın sağ qalıb
22:42 22 Dekabr 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə qadın beşinci mərtəbədən yıxıldı.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə bədbəxt hadisə baş verib.

Şəhərin Dədə Qorqud küçəsində yerləşən çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən yaşı təxminən 20-25 olan Təzəgül adlı qadın yıxılıb. O, ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağırdır. Onun paltar sərərkən ehtiyatsızlıqdan yıxıldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/501424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR