Mahmudov qol hesabını açdı, hər ikisi “fərqləndi”

Mahmudov qol hesabını açdı, hər ikisi “fərqləndi”
00:17 23 Dekabr 2016
141 İdman
Ölkə mətbuatı
A- A+


 Kamran Ağayev və Emin Mahmudovun top qovduğu “Boavişta” Portuqaliya Premyer Liqasında növbəti matçına çıxıb. Fanat.az xəbər verir ki, milli futbolçularımızın komandası 15-ci tur çərçivəsində səfərdə “Nasional”la qarşılaşıb. Oyunda sevinən tərəf “damalılar” olub - 0:2.

 

Azərbaycanlı futbolçular start “11-lik”də yer alıb. Elə hesabı da Emin açıb. 11-ci dəqiqədə qapı torunu silkələyən Mahmudov  39-cu dəqiqə sarı vərəqə görüb və  62-ci dəqiqədə zədələnərək meydanı tərk edib. Maraqlıdı ki, matçın gedişində Ağayev də  sarı vərəqə ilə cəzalandırılıb.

 

Bu qələbəylə 17 xala qovuşan "Boavişta" turnir cədvəlinin 9-cu pilləsinə qalxıb.

 


Fanat.az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mahmudov-qol-hesabn-acd-hr-ikisi-frqlndi-t55102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR