Emin Mahmudov Portuqaliyada qol hesabını açdı - VİDEO

Emin Mahmudov Portuqaliyada qol hesabını açdı - VİDEO
01:03 23 Dekabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb.

Publika.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Boavişta"nın heyətində "Nasional"la qarşı keçirilən səfər matçının 11-ci dəqiqəsində hesabı açıb.

Bu, Mahmudovun ilk dəfə start heyətində meydana çıxdığı matçda reallaşıb. Emin qarşılaşmanın 39-cu dəqiqəsində sarı vərəqə alıb, 62-ci dəqiqədə isə zədələnərək əvəzlənib.

Millimizin qapıçısı Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub. Qapısını toxunulmaz saxlayan Kamran sarı vərəqə ilə cəzalandırılıb. Bu, matçın 69-cu dəqiqəsində baş verib.

Qeyd edək ki, "Boavişta" uzun fasilədən sonra qələbəsizliyə son qoyub və 17 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

Portuqaliya çempionatı. 15-ci tur

21:00 Nasional - Boavişta 0:2

Emin Mahmudov, 11, Renato Santos, 32.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/180948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR