Dövlət Departamenti: ABŞ Silahlı Qüvvələri bəşər tarixinin ən güclü ordusudur

Dövlət Departamenti: ABŞ Silahlı Qüvvələri bəşər tarixinin ən güclü ordusudur
01:47 23 Dekabr 2016
238 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın Dövlət Departamenti ölkənin Silahlı Qüvvələrini bəşəriyyət tarixinin ən güclü ordusu olduğunu güman edir.
"Report" xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Con Kirbi jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
"Mən hesab edirəm ki, bəşər tarixi ərzində Birləşmiş Ştatların hazırkı ordusu qədər mübariz, inkişaf etmiş, ehtiyatlarla təmin edilmiş və güclü silahlı qüvvələr olmayıb", - deyə o, Rusiya prezidenti Vladimir Putinin sözlərini şərh edərkən bildirib.
Putin bundan əvvəl Rusiyanı istənilən potensial təcavüzkardan güclü olduğunu bildirmişdi.
Kirbi, həmçinin Pentaqon rəhbərliyinin yüksək səviyyədə olduğunu qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dovlet-departamenti-abs-silahli-quvveleri-beseriyyet-tarixinin-en-guclu-ordusudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR