Facebook-da yeni funksiya

Facebook-da yeni funksiya
02:43 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Facebook yeni funksiyası ilə yenidən adından söz etdirəcək.

Milli.az sozcu-yə istinadən xəbər verir ki, sosial şəbəkə nəhəngi Messenger tətbiqinə birdən çox istifadəçiylə görüntülü danışma xüsusiyyətini əlavə edib.

50-yə qədər şəxsin iştirak edə biləcəyi söhbət qruplarında ən çox 6 adamla görüntülü danışmaq imkanı təqdim edilir.

Dostlarınızla görüntülü qrup danışığı etmək üçün içində olduğunuz və ya yeni açılan söhbət qrupunun sağ tərəfində, üstdə video işarəsinə toxunmağınız kifayət edəcək.

Sözügedən funksiyanı hal-hazırda iOS-larda icra etmək mümkündür. Android platformalı telefonlarda isə onun nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/180957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR