"British Airlines" əməkdaşlarının Milad tətili təxirə salınıb

"British Airlines" əməkdaşlarının Milad tətili təxirə salınıb
04:17 23 Dekabr 2016
253 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "British Airlines" aviaşirkətinin bort baxıcılarının əvvəlcədən Milad bayramı günləri keçirməyi planlaşdırdıqları tətil əmək mübahisələri üzrə məsləhətçi "Acas"ın köməkliyi ilə "Unite" Həmkarlar İttifaqı və aviaşirkət arasında aparılan danışıqlardan sonra təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın sözügedən həmkarlar ittifaqına istinadən BBC məlumat yayıb.
Aviaşirkətin təqribən 4,5 min nəfər bort baxıcısı öz əmək müqavilələrinə müvafiq olaraq dekabrın 25-i (Milad günü) və dekabrın 26-da (Hədiyyələr günü) öz işlərinə çıxmalı olacaqlar.
Tətillərin keçirilməsinə uyğunlaşdırılmış reyslərin 2010-cu ildən işə düzəlmiş kabinə heyət üzvlərinin əmək haqlarının stardarrd reyslərdə işə çıxan bort xidmətçilərinin məvacibləri ilə müqayisədə aşağı səviyyədə müəyyən edilməsi səbəb olub.
Bununla əlaqədar aviaşirkətin əməkdaşları əlavə iş axtarmağa məcbur olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/british-airlines-emekdaslarinin-milad-tetili-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR