"Bədənimdən iyrənirəm" - Arnold Şvasneqqer

"Bədənimdən iyrənirəm" - Arnold Şvasneqqer
04:29 23 Dekabr 2016
356 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, aktyor və bodibilder Arnold Şvasneqqer güzgüyə baxa bilmədiyini deyib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə. Arnold əvvəlki əzələli bədənini itirdiyi üçün təəssüfləndiyini dilə gətirib. O, güzgüyə baxdıqda oradakı əksinin bədənindən iyrəndiyini və “qusmaq” istədiyini bildirib.

 

Dünya Bodibildinq Çempionu olduğu dövrdə belə bədənini bəyənmədiyini bildirən 69 yaşlı aktyor ayağından aldığı xəsarətdən dolayı uzun müddətdir  idmanla məşğul ola bilmir. 

 

“Bu dəhşətdir. Sən əvvəlki tək idman hərəkətləri edə bilmirsən. İstədiyin ərzaqları yeyə bilmirsən. Mən bununla üzləşmək istəmirəm”, - deyə A. Şvasneqqer vurğulayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl aktyor ayağında gips ola-ola verilişlərdən birinə qatılıb. Orada ayağının sınmasının yaşla əlaqədar olduğunu bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR