Azərbaycanda yeni müalicə üsulu tətbiq edilə bilər

Azərbaycanda yeni müalicə üsulu tətbiq edilə bilər
06:53 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kök hüceyrələrindən istifadə etməklə yeni müalicə üsulu tətbiq edilə bilər.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədir.

M.Quliyevin sözlərinə görə, kök hüceyrələri vasitəsilə bir sıra xəstəlikləri müalicə etmək mümkün olur: "Bu sahənin Azərbaycanda da inkişaf etdirilməsi lazımdır. Xüsusən, yaşlı insanlarda yaranan alsheymer xəstəliyi, dağınıq skleroz xəstəliyi, bir sıra irsi-genetik xəstəliklərin aradan qaldırılması üçün kök hüceyrələrinin çox vacib əhəmiyyəti var".

O, qeyd edib ki, kök hüceyrələrinin Azərbaycanda istifadə olunması ilə bağlı qanun layihəsi və yaxud müvafiq qanuna əlavə və dəyişikliklər təqdim etmək mümkündür.

Qeyd edək ki, bu gün dünyada xərçəng və ya orqan çatışmazlığı kimi xroniki xəstəliklərin və digər xəstəliklərin müalicəsində kök hüceyrələrdən istifadə edilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/180962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR