Kokoslu-mandarinli peçenye

Kokoslu-mandarinli peçenye
07:05 23 Dekabr 2016
386 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kokoslu-mandarinli peçenyenin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q kərə yağı
1 yumurta
100 q şəkər pudrası
200 q kokos yonqarı
200 q un 
1 mandarinin sedrası
1 x.q. mandarin şirəsi 
3-4 mandarin
şəkər tozu
1 yumurtanın sarısı

Yumşaq yağı yumurta və şəkər pudrası ilə çalın, un, kokos yonqarı, sedra və şirə əlavə edib xəmir yoğurun. Kolbasa formasına salıb soyuducuda 1 saat saxlayın. 
 
Mandarinləri 1-2 mm qalınlıqda doğrayın. 

Xəmirdən qoz boyda kündələr tutun. Hər birini mandarin dilimi boyda yayın, üzərinə yumurta sarısı çəkin, doğranmış mandarin dilimi qoyub şəkər tozu səpin. 
 
180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/500176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR