Türkiyə Superliqasında çıxış edən "Karabükspor" Ukrayna millisinin üzvü Yevqeni Seleznyovla razılığa gəlib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu 2017-ci il yanvarın 1-dən bu klubda çıxış etməyə başlayacaq. Tərəflərin 2 illik müqavilə imzalaması gözlənilir. Seleznyov dekabrın 20-də "Shakhtar"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu. 31 yaşlı forvard Donetsk klubu ilə mayda 2018-ci ilə kimi nəzərdə tutulmuş müqavilə imzalasa da, oyun praktikasının azılığı onu qane etməmişdi.
Milli.Az