Bakının seysmik qiymətləndirilməsinə apreldən başlanacaq

Bakının seysmik qiymətləndirilməsinə apreldən başlanacaq
08:44 23 Dekabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakının seysmik qiymətləndirilməsinə başlamaq üçün tələb olunan avadanlıqlar aprelədək Azərbaycana gətiriləcək.
 
 
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.
 
Onun sözlərinə görə, hazırda Bakıda seysmik riskin qiymətləndirilməsi üçün hazırlıq işləri aparılır. Layihənin icrasına isə apreldən başlanacaq:
 
"Təqribi yerlər seçilib, sxem müəyyənləşdirilib. Qiymətləndirmənin aparılması üçün cihazlar müxtəlif qruntlarda yerləşdiriləcək. Cihazların yeri 6 aydan bir dəyişdiriləcək”.
 
Q.Yetirmişli qeyd edib ki, layihə pilot olaraq, Səbail rayonundan başlanacaq və burada 3 il müddətində həyata keçiriləcək.
 
Q.Yetirmişli deyib ki, bu layihənin bütün Bakını əhatə etməsi nəzərdə tutulur. Layihə Almaniya Geologiya Xidməti tərəfindən həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR