İki otaqlı ev yanıb, bir nəfər ölüb

İki otaqlı ev yanıb, bir nəfər ölüb
08:52 23 Dekabr 2016
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/501447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR