“Sumqayıt Kimya Sənaye Parkı” tender elan edib

“Sumqayıt Kimya Sənaye Parkı” tender elan edib
09:12 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC 167,66 və 127,96 hektarlıq ərazilərində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar ilkin sənədlərin yanvarın 16-na qədər, tender təklifini və bank zəmanətini isə yanvarın 24-nə qədər müəssisənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, “Demirchi Tower” biznes mərkəzində yerləşən baş ofisinə təqdim etməlidirlər.
Təkliflərə yanvarın 25-də adı çəkilən ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sumqayit-kimya-senaye-parki-tender-elan-edib-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR