Ötən gün müğənni əri ilə birlikdə yemək yeyən Beren Saat qorxulu anlar yaşayıb.
Milli.Az "Habertürk"ə istinadla bildirir ki, onlar çıxışda çətin anlar yaşayıblar. Belə ki, cütlük maşın gözləyərkən küçənin digər tərəfindəki iki nəfər bir-birinə silah tuşlayıb. Həmin anda Beren Saat qorxudan əsib. Onlar qaçaraq çıxdıqları məkana giriblər.
Polislər gəldikdən sonra cütlük evə gedib.
Milli.Az