x
Loading...
.

Futbolçu irqçiliyə görə 20 gün müddətinə cəzalandırıldı

Futbolçu irqçiliyə görə 20 gün müddətinə cəzalandırıldı
09:47 23 Dekabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+
.

İtaliyanın "Latsio" futbol klubunun bosniya və herseqovinalı yarımmüdafiəçisi Senad Luliç irqçilik nümayiş etdirdiyinə görə 20 gün müddətinə və 10 min avro məbləğində cəzalandırılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, o, 4 dekabr derbisində komandasının 0:2 hesablı məğlubiyyətindən sonra "Roma"nın qaradərili futbolçusu Antonio Rüdiqerə qarşı irqçi təhqirlərə yol verib.

Luliç matçsonrası müsahibəsində Rüdiqerin iki il əvvəl Almaniyanın Ştutqart şəhərində corab və kəmər satdığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR